Qazaxda top mərmisi və 2 piyada əleyhinə mina aşkarlanıb - FOTO

Qazaxda top mərmisi və 2 piyada əleyhinə mina aşkarlanıb - FOTO
Foto
Hadisə 309

Qazaxın Quşçu Ayrım kəndində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 2 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Quşçu Ayrım kəndi ərazisində mərminin və minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 2 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda top mərmisi aşkarlanıb - FOTO

Tovuzda top mərmisi aşkarlanıb - FOTO

Tovuz rayonunda bir ədəd partlamış top mərmisi aşkar olunub. BAKU.WS xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi məlumat y...

275 Hadisə 21:21 02 yanvar 2020

Son xəbərlər