Qazaxda təbiətə ziyan vuran balıqçılarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə Qazaxda təbiətə ziyan vuran balıqçılar barədə videogörüntü paylaşılıb.
BAKU.WS xəbər verir ki, paylaşımda görüntülərin Qazax rayonunun İkinci Şıxlı kəndində lentə alındığı qeyd edilir.
Kənd sakinin iddialarına görə, su polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunsuz olaraq, kütləvi şəkildə balıqları məhv edənlər barədə tədbir görmür.
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məlum görüntülərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqsində araşdırmalar balşanılıb:
“Hazırda həmin balıqçının müəyyən edilərək, məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Səevətlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, yayılan videogörüntülər barədə hadisə yerində müvafiq araşdırma aparılacaq.
Oxşar xəbərlər
DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirib - Saxlanılanlar var - VİDEO
Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan və körpə nərə cinsli balıqları qanunsuz olaraq ovlayan şəxslərə qar...