Qazaxda qardaşlar arasında dava düşdü, biri bıçaqlandı

Qazaxda qardaşlar arasında dava düşdü, biri bıçaqlandı
Hadisə 112

Qazaxda qardaşlar arasında dava düşüb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Araz Qaracayev mübahisə zəmnində qardaşı, 1974-cü il təvəllüdlü Mustafa Qaracayevi bıçaqlayıb. Üç bıçaq xəsarəti alan M.Qaracayev Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Artıq qardaşını bıçaqlayan A.Qaracayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər