Qazaxda meşəlik ərazisindəki yanğın SÖNDÜRÜLÜB

Qazaxda meşəlik ərazisindəki yanğın SÖNDÜRÜLÜB
Hadisə 29

Qazax rayonunun Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

 

****

Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

BAKU.WS xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əraziyə iki helikopter cəlb olunub.

Oxşar xəbərlər

Son xəbərlər