Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunda, Qırmızı Körpü sərhəd keçid məntəqəsinə yaxın ərazidə yerləşən hotellərin birində kişi meyiti aşkarlanıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hotelində meyiti tapılan şəxsin Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü S.Vitali olduğu bildirilir.
Meyitin üzündə çapıq izi olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, ilkin versiyaya görə, həmin şəxs içkili olub və çox güman ki, özünü pis etdiyindən yıxılıb. Bu zaman onun alnı yerə dəyib və çapıq əmələ gəlib.
E.Qasımov ölümün dəqiq səbəbinin araşdırmalardan sonra məlum olacağını əlavə edib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...