Qazaxda həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Qazax rayonunda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən Aşağı Salahlı kənd sakini Xaliq Məmmədrzayevin məhkəməsi başlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ötən il martın 20-də itkin düşmüş Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun qəsdən öldürülməsi müəyyən edilib.
İbtidai istintaq zamanı Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında Xaliq Məmmədrzayevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Qonşusunun pulunu və qızılını oğurlayan qadın tutuldu
Bakının Nəsimi rayonunda evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazir...