Qazaxda gənc oğlan mübahisə zəminində bıçaqlanıb
23
okt
2022
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax şəhərində yerli sakin mübahisə zəminində bıçaqlanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Qazax şəhərində 1997-ci il təvəllüdlü E.Rəfiyev mübahisə zəminində qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 2002-ci il təvəllüdlü Ə.Məmmədovdur.
Onun saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.
Oxşar xəbərlər
Bu şəxslər "patı" satdığına görə tutuldu - FOTO
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional q...