Qazaxda çay daşdı, park və xəstəxana su altında qaldı - VİDEO

Qazaxda çay daşdı, park və xəstəxana su altında qaldı - VİDEO
Video
Hadisə 136

Qazax rayonunda intensiv yağan yağışlar nəticəsində çayda daşqınlar yaranıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, təbii fəlakətin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Sakinlər qeyd ediblər ki, Qazax şəhərinin mərkəzi hissəsindən keçən çayın daşması nəticəsində yaşayış evləri və avtomobillər su altında qalıb.

Sakinlər iddia ediblər ki, daşqın çayın yaxınlığında yerləşən Heydər Əliyev parkında və Qazax Diaqnostika Mərkəzinin qarşısında fəsadlara səbəb olub, ərazini su basıb, hərəkət çətinləşib.

Rayondan görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər