Qazaxda baş vermiş qəzada ölən şəxsin kimliyi MƏLUM OLUB
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunda minik avtomobilinin "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində həlak olan şəxs ehtiyatda olan polis zabiti imiş.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticısundə həyatını itirən Məzahir İbrahimxəlilov uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir neçə il öncə xidmətdə yaş həddi ilə əlaqədar təqaüdə göndərilibmiş.
Xatırladaq ki, dünən Qazax-Əskipara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...