Qazaxda ağır yol qəzası - Xəsarət alanlar var

Qazaxda ağır yol qəzası - Xəsarət alanlar var
Hadisə 623
Qazax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ağ Köynək kəndində qeydə alınıb.İlkin məlumata görə "VAZ-2107" markalı avtomobillə "QAZ-53" markalı yük avtomobili toqquşub.Hadisə zamanı "VAZ-2107" markalı avtomobildə olan 1986-cı təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev, 1977-ci il təvəllüdlü Vüqar Musayev ağır bədən xəsarətləri alıblar.Yaralılar Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.Xəsarət alan şəxslərin səhəti ağır qiymətləndirilir.

Son xəbərlər