Qazaxda 74 yaşlı kişinin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Qazaxda 74 yaşlı kişinin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
Video
Hadisə 445

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qazax şəhəri, Səməd Vurğun küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov BMW markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub. Nəticədə F.İsmayılov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb. Mərhumun qohumları bildirirlər ki, hadisə dünən axşam saatlarında baş verib. Qazax rayon sakini, 2000-ci il təvəllüdlü A.Kazımov avtomobili idarə edərkən sərxoş olub. O, küçədə sürət həddini aşaraq avtomobili qarşı hərəkət zolağı ilə idarə etməyə başlayıb. Həmin vaxt piyada F.İsmayılov da parkdan evinə gedirmiş. A.Kazımov idarəetməni itirərək qarşı hərəkət zolağında piyadanı vurub hadisə yerindən qaçıb.

Nəticədə F.İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən A.Kazımov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Mərhumun yaxınları qeyd ediblər ki, sürücü A.Kazımov narkotik asılılığından əziyyət çəkirmiş və buna görə də bir müddət əvvəl o, narkoloji dispanserlərdən birində müalicə alırmış. O, bir neçə gün əvvəl müalicə kursunu başa vuraraq Qazax rayonuna qayıdıbmış.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, aprelin 9-da Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində 26 yaşlı rayon sakini Anar Kazımovun piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi və piyada, 74 yaşlı Faiq İsmayılovun ölməsi barədə məlumat daxil olub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunaraq cinayət işi başlanılıb, təqsirin müəyyən edilməsi istiqamətində prossesual araşdırmalar davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirləndirilən A.Kazımov saxlanılıb.

*** 15:48

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Oxu.Az-a görüntülər daxil olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, videoda BMW markalı avtomobilin yolu keçən 74 yaşlı Faiq İsmayılovu vurması əks olunub.

Həmin görüntüləri təqdim edirik:

*** 10:48

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu idarə etdiyi BMW markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.

Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Son xəbərlər