Qazaxda 58 yaşlı kişi itkin düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda 58 yaşlı kişi itkin düşüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qazax rayonunun Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibov cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb:
"Onun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur".
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...