Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI

Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
Video
Hadisə 687

Qazaxda gənc qadının dərmandan zəhərlənərək ölməsi ilə bağlı təfərrüat məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 25 yaşlı A.Əliyeva hadisəni anasının və bacısının gözləri qarşısında edib.

Məlumata görə, gəmirici əleyhinə dərmanı içdikdən sonra qadın özünə bıçaqla xəsarət yetirib.

*** 22:24 12.01.2025

Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBİB-dən açıqlama verilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 12.01.2025-ci il tarixində saat 16:30-da 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Dərhal çağırış ünvanına briqada cəlb olunub.

Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.

*** 19:36 12.01.2025

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər