Qaynının evindən külli miqdarda pul oğurladı
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda qaynının evindən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 4-də rayonun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb.
O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.
Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...