Qaynaq edən kişi bir hektar əkin sahəsini məhv etdi
27
avq
2025
16:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Nəticədə bir hektar biçilmiş əkin sahəsi yanıb.
E.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...