Qayınatası gəlinini doğrayıb bu zibilliyə atıb - Hadisə yerindən görüntülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda doğranaraq qətlə yetirilən qadının meyiti daha sonra Əliisgəndər İsgəndərov küçəsində yerləşən zibil qutusuna atılıb.
Trend-in əməkdaşları cinayətin izilə hadisə yerinə baxış keçirib. Meyitin aşkarlandığı yer xüsusi lentlə əhatəyə alınıb. Kənar şəxslərin həmin yerə keçməsi qadağan olunub.
Xatırladaq ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın meyitinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Meyitin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Qadının meyitinin qalıqlarının aşkar olunduğu yerdən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda qadını öldürərək zibil qutusuna atan şəxs tutuldu - ŞOK DETALLAR
Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu X...