Bakıda qadını öldürərək zibil qutusuna atan şəxs tutuldu - ŞOK DETALLAR

Bakıda qadını öldürərək zibil qutusuna atan şəxs tutuldu - ŞOK DETALLAR
Hadisə 6164

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, ötən gün Bakıda doğranmış qadın meyiti aşkarlanıb.

Nəsimi rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxşar xəbərlər

Son xəbərlər