Qaxda vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə 69 yaşlı qadın evində ölü tapılıb
Şəmkirdə evdə 69 yaşlı qadının meyiti aşkarlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd sak...