Qaxda avtomobil çökəkliyə düşüb, xəsarət alan var
05
okt
2024
12:16
Qaxda minik avtomobili yol kənarındakı çökəkliyə düşüb, xəsarət alan var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qax rayon İngiloy Kötüklü kənd sakini Slava Maksimoviç Berikaşvili "Nissan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Berikaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Kənddə qandonduran faciə: "Gizli silahlar var idi, dedilər, qaçın"
Bağanıs Ayrım faciəsindən 36 il keçir. 24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb. Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü...