Qaxda 47 yaşlı qadını ilan sancıb
09
avq
2026
17:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb.
BAKU.WS APA-ya istinadla bildirir ki, hadisə rayonun Ağyazı kəndinin ərazisində baş verib.
Zaqatala rayonu Əliabad qəsəbə sakini 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri aparan zaman ərazidə olan ilan qəfildən onun sağ ayaq pəncəsindən sancıb.
A.İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A.İsgəndərovaya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun müalicəsi Qax RMX-nın Reanimasiya şöbəsində davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...