Qarlı hava səbəbindən təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI
01
mar
2025
14:05
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28.02.2025-ci il tarixi saat 20:00 radələrindən indiyədək 9-u qadın, 8-i kişi olmaqla, 17 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub:
"3 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb".
Oxşar xəbərlər
Şəmkirdə istixanada yanğın baş verib
Şəmkir rayonu, Zəyəm qəsəbəsində istixanada yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə D...