Qardaşının toy günü ölümlə nəticələnən qəza törətdi - Üç il azadlıqdan məhrum edildi

Qusarda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Ağası Məmmədbəyovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Ağası Məmmədbəyov "VAZ-2110" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, avtomobil Ağasının qardaşı Rəşada məxsusdur. Hadisə baş verən gün Rəşadın toyu imiş.
Ağası qardaşının toy məclisində ofisiant kimi işləməyə gəlmiş şəxsləri kəndlərinə aparan zaman yolda qəza baş verib. Ağası deyib ki, əks yoldan gələn avtomobilin led işıqları onun gözünə düşüb və ani olaraq yolu görməyib. Piyadanı 2-3 metr məsafədə görsə də, qəzanın qarşısını ala bilməyib.
Mərhumun atası Ağası ilə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Ağası barəsində üç il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Ağası cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Oxşar xəbərlər
DTX və DSX əməliyyat keçirib, İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb. BAKU.WS xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti...
