Qardaşı qızının toyuna gedən arvadını döyən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Niyaməddin Muradovun (ad, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 18 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Niyaməddin Muradov onunla birgə yaşayan arvadı, zərərçəkmiş Günayə Muradova (ad, soyadı şərtidir) ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığa görə mübahisə edib. Mübahisə zamanı o, arvadının onun icazəsi olmadan qardaşı qızının toy mərasiminə getməsini bəhanə edərək, zərərçəkmiş şəxsi baş, boyun və sifət nahiyələrinə əl zərbələri və masanın üzərində olan dolu vəziyyətdəki iki litrlik plastik butulka ilə qəsdən bir neçə dəfə vurub, qadının sağlamlığına az ağır zərər yetirib. Hadisədən sonra Niyaməddin Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla o, iki il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxs isə apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra isə dövlət ittihamçısı apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Oxşar xəbərlər
Gəncədə 23 yaşlı oğlan sevdiyi qızı dayısının evinə apardı: "Sevdiyim üçün sözünə inandım..."
Gəncə şəhərində 2002-ci il təvəllüdlü Fərid yetkinlik yaşına çatmayan Fatiməyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib. BAKU.WS Teleqraf-a is...