Qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb

Qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb
Hadisə 113

Abşeronda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-si saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıb.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər