Qardaşını baltalayan qadınla bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada qardaşını qəsdən öldürməyə cəhd etmədə təqsirləndirilən Nadirə Qənbərovanın cinayət işi üzrə məhkəməsi başlayır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aqil Musayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Astara rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü N.Qənbərova şəxsi münasibətlər zəminində qardaşı Astara rayonu Təngərüd kənd sakini 1982-ci il təvəllüdlü İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Oxşar xəbərlər
Astara sakini qardaşını baltaladı
5 yanvar 2022-ci il tarixdə Astara rayonu Təngərüd kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Qənbərovun öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəl...