Qardaşından xəbər ala bilmədi: Turnikdən asılan meyitini tapdı
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 14-nə keçən gecə saat 01 radələrində Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 22 yaşlı oğlanın bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda polis serjantı kimi çalışan şəxs müraciətində qardaşı, 2001-ci il təvəllüdlü N.Musaxanlının zənglərə cavab vermədiyini bildirib. Dərhal xilasetmə xidmətinin əməkdaşları evə daxil olmaq üçün işə başlayıb. Onlar qapını qıraraq mənzilə daxil olanda N.Musaxanlının evin girişindəki turnikdən özünü asdığını görüblər.
22 yaşlı şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğuna məlumat verilib və araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." - Təfərrüat
Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə...