Qardaşı ilə dalaşdıqdan sonra yaşadıqları evi yandıran şəxs saxlanıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada qardaşı ilə arasında baş verən mübahisədən sonra yaşadığı evi yandıran şəxs saxlanılıb.
Qeyd edək ki, Əhliman Gülməmmədov qardaşı Tərlan Gülməmmədov ilə mübahisə etdikdən sonra birgə yaşadıqları evi qəsdən yandıraraq hadisə yerindən qaçmışdı.
***11:11
Zaqatala rayonunda iki qardaşın birlikdə yaşadığı ev yanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Mosul kəndində baş verib.
Yanğının qardaşların biri tərəfindən qəsdən törədildiyi bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, faktla bağlı polisə müraciət daxil olub:
“Ötən gecə rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq kül nümunələri götürülüb”.
O qeyd edib ki, hadisənin Əhliman Gülməmmədov tərəfindən törədildiyi ehtimal olunur:
“İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı Tərlan Gülməmmədov ilə birgə yaşadıqları evi qəsdən yandırıb. O, yanğını törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür”.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
45 yaşlı kişi bir saqqıza 9 yaşlı qızı necə zorladı? — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI
Azyaşlı qızı zorladığına görə 9 il həbs cəzasına məhkum olunan Tovuz rayon sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.BAKU.WS “ölkə.az”a isti...