Qardaşı arvadını öldürüb, gəlinini və nəvələrini bıçaqlayan şəxsin məhkəməsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını qətlə yetirən, qardaşının gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, qardaşının nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 16-da Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...