Qaradağda sel aparmış körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində sel suları nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Bildirilib ki, əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb.
Hazırda vətəndaşların hərəkəti alternativ yol vasitəsilə təmin olunur və nəqliyyatın hərəkəti bu istiqamət üzrə təşkil edilib.
Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....