Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı

Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı
Hadisə 1182

Sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O, qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər.

***12:09

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: "Hazırda müraciətlə bağlı araşdırmalar aparılır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hadisə Bakı-Quba avtomobil yolunun Hac...

54 Hadisə 22:36 21 sentyabr 2026

Son xəbərlər