Qarabağda qanunsuz erməni silahlı dəstələrinə məxsus növbəti silah-sursat anbarı aşkarlandı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...