"Qarabağ" Vətənə döndü
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin İsveçrədəki cavab oyununda "Sürix"lə əlavə vaxtda 2:2 hesablı heç-heçə edən "Qarabağ" Bakıya qayıdıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda "köhlən atlar"ı azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Oxşar xəbərlər
2017-ci ilə damğa vuran hadisələr
2017-cı ilin son günlərini yaşayırıq. Bu il həm Azərbaycan, həm də dünyada bir çox vacib siyasi-iqtisadi hadisələr baş verdi. Bu dəfə sizə il ərzində ölkə daxil...