Qarabağ qazisi etiraz edərək öz avtomobilini yandırdı (VİDEO)

Qarabağ qazisi etiraz edərək öz avtomobilini yandırdı (VİDEO)
Video
Hadisə 1083

Qax sakini Dövlət Yol Polisi əməkdaşlarına etiraz edərək öz avtomobilini yandırıb.

Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Belə ki, rayon sakini Bəxtiyar Bayramov idarə etdiyi 16-BA-253 dövlət qeydiyyat nömrə nişanlı "VAZ 2109” markalı avtomobilini yandırmasına səbəb kimi ona qarşı edilən haqsızlıqla əlaqələndirib. 

B.Bayramov Qax rayon DYP-nin rəisi Ayaz Məmmədovu və əməkdaşlarını rüşvətdə ittiham edib.

O, görüntülərdə bildirib ki, Qarabağ döyüşlərində iştirak edib, gələn həftədə isə özünü etiraz olaraq yandıracaq.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər