Ağcabədi sakini özünü yandırıb
Ağcabədi sakini özünü yandırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini Həsənov Ziyaməddin Məhərrəm oğlu maşınındakı ehtiyat saxladığı benzinlə özünü yandırıb.
Yanıq xəsarəti alan Z.Həsənov Ağcabədi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yaralının həyatı təhlükəsi yoxdur. Z.Həsənov ilkin izahatında həmkəndlisi Azər adlı şəxs ona məxsus olan torpaq sahəsində qanunsuz qazıntı işləri apardığı üçün etiraz əlaməti olaraq özünü yandırdığını bildirib.
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsi araşdırma aparır.
BAKU.WS
Oxşar xəbərlər
Polisə etiraz edən kişi Göygöldə özünü yandırdı
Göygöl rayon sakini Gəncədə özünü yandırıb. BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxı...