Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qanunsuz ov edən şəxs cəzalandırılıb
Hadisə 66

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, brakonyer Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasovdur: "Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər