Qanunsuz ov edən ərəb turistlər ölkədən deportasiya edilib - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Ötən il Azərbaycanda qanunsuz ov edən bir neçə əcnəbi ölkədən deportasiya edilib”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 37 əcnəbinin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub: “Nəzarət daha da ciddi olmalıdır. Hər bir məlumat nazirlik tərəfindən araşdırılır”.
Xidmət rəisi əlavə edib ki, Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyası qeydiyyatdan keçib: “Həmin təşkilat bizimlə əməkdaşlıq edəcək. Onlardan gözləntilərimiz çoxdur. Yerli və xarici vətəndaşlara ovçuluqla bağlı ictimai nəzarətin olması, eləcə də bu sahədə maarifləndirmə işinin aparılması önəmlidir”.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...