Qanunsuz narkotik satışı ilə məşğul olan şəxs həbs olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və 29 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb və V.Əliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...