“Qadının yanına uzanıb 15 bıçaq vurdum” – Amansız qatilin etirafları – VİDEO

“Qadının yanına uzanıb 15 bıçaq vurdum” – Amansız qatilin etirafları – VİDEO
Video
Hadisə 3391
Aprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin üstü açılıb.ARB TV xəbər verir ki, aprelin 3-də DİN-in “102 Zəng Mərkəzinə” Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə məlumat daxil olub.Məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. İsti izlərlə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.Rövşən Nəsirov (saxlanılan şəxs): “Həmin qadınla bir neçə dəfə əlaqəm olmuşdu. Tək qalırdı, evlərinə getdim. Uzananda mən də uzandım. 10-15 bıçaq vurub, evi soymaq istədim. 30 manat və sepi götürdüm”.Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu Beyləqan şəhərində yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti basdırıldığı yerdən ekskumasiya edilib.Rövşən Nəsirov (saxlanılan şəxs): “Uzanıb üstünə boğazına 8-9 bıçaq zərbəsi endirdim. Yarımtikili evin içərisində basdırdım”.Faktlarla bağlı cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Beyləqanda 39 yaşlı qadın qətlə yetirilib

Beyləqanda 39 yaşlı qadın qətlə yetirilib

Beyləqanda mənzildən meyit aşkarlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Rami...

1443 Hadisə 23:48 03 aprel 2018

Son xəbərlər