Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşında

Bakı Apellyasiya Məhkəməsində qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinir.
Qeyd olunub ki, o, sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. C.Quliyev həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərin birindən 6 800, digərindən 2 400 manat alıb.
Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.
Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.
Qeyd edək ki, C.Quliyev "Instagram" və "TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev" adlı şəxsi hesabla tanınıb.
O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.
Oxşar xəbərlər
Bakıda avtomobil piyadanı vuraraq öldürdü - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücünün görüntüləri yayılıb. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, kadrlardan göründüyü kimi, 3 nəfər...
