Qadınları cinsi istismara məcbur edən şəxs yenidən hakim qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 15-nə təyin edilib.
Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəfərova səkkiz il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, K.Cəfərova Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.
Məlumata görə, 37 yaşlı K.Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb.
Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...