Qadını xəstəxanalıq edən kişi hadisə yerindən qaçdı
24
apr
2019
10:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, hadisə 21 apreldə Lənkəran şəhərinin akademik Z.Əliyeva küçəsində baş verib.Həmin küçədə piyada, 1963-cü il təvəllüdlü Gəncəbanu Mədət qızı Rzayeva yolu keçən zaman şəhərin mərkəzindən avtovağzal istiqamətində hərəkətdə olan naməlum avtomobillə vurulub.Sürücü qısa müddət hadisə yerində dayanıb və sonra ərazidən qaçıb. Gəncəbanu Rzayeva xəstəxanaya yerləşdirilib.Hadisə yerinə baxış keçirilib. Əraziyə yaxın olan ticarət obyektlərindən videomüşahidə kamerasına baxış keçirilib.Faktla bağlı Lənkəran polisində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qadını öldürdülər
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Qaradağ rayonunun Ələt qəs...