Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Qadını sosial şəbəkədə şəkillərini yayacağı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...