Qadın evə gec gələn ərini aldatdı: İşə polis qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda həyat yoldaşının evə tez gəlməsini istəyən qadın ona zəng edərək yalandan evə naməlum şəxslərin girdiyini deyib. Əri isə dərhal polisə zəng edərək evinə basqın olduğunu bildirib.
BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayon sakini E.Ələsgərov evindən 1100 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.
Masallı RPŞ əməkdaşları tərəfindən həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Məlum olub ki, E.Ələsgərovun həyat yoldaşı ərinin evə gec saatlarda gəldiyini görərək ona zəng edib və evə naməlum şəxslərin daxil olduğunu, lakin heç bir şey oğurlanmadığını bildirib. Həyat yoldaşı isə evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə polisə yalan məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...