Qadın balta ilə öldürüldü - Keçmiş əri şübhəli şəxs qismində saxlanıldı

Füzuli rayonunda qadın qətlə yetirilib.
BAKU.WS-nin "qaynar xətti"nə verilən məlumata əsasən, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib.
1977-ci il təvəllüdlü Elsevər Bağırov balta ilə xəstəxananın həyətində keçmiş həyat yoldaşı Dilbər Namazovanı öldürməkdə şübhəli bilinir.
Qadın tibbi yardıma baxmayaraq vəfat edib.
Qeyd edək ki, qadın xəstəxanada laborant vəzifəsində işləyirmiş. Onlar 2016-cı ildə rəsmi boşanıblar. Övladları ilə birlikdə anasının evində yaşayırmış.
Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Bağırov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qalereya

Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha beş cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında qüvvələrini sınayacaqlar. BAKU.WS xəbər verir ki, bu b...