PUA ilə ölkəyə narkotik daşınmasının qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar. Onlardan 15 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...