PUA ilə İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
PUA vasitəsilə İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə DSX-dan məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 17 kiloqram 235 qram narkotik vasitə (14 kq 85 qram marixuana, 3 kq 120 qram metamfetamin, 30 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1987-ci il təvəllüdlü Orucov Azər Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılmışdır.
İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...