Prokurorluq plastik cərrahın əməliyyatları ilə bağlı araşdırmalara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Plastik cərrah Vüqar Ələkbərovun həyata keçirdiyi əməliyyatla bağlı edilən iki şikayət üzrə prokurorluqda araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, plastik cərrah V.Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair iki nəfərin müraciətləri üzrə Bakı şəhərinin Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırmalar aparılır: "Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...