Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Hadisə 111

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək sabiq deputatın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Naxçıvanda zəncivari qəza: 5 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Naxçıvanda zəncivari qəza: 5 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhərin İstiqlal küçəsində qeydə alınan qəza zamanı "...

8 Hadisə 18:44 24 noyabr 2024

Son xəbərlər