Prokuror körpəsini qətlə yetirməkdə təqsirləndirilən qadına 16 il həbs cəzası istəyib - YENİLƏNİB

Prokuror körpəsini qətlə yetirməkdə təqsirləndirilən qadına 16 il həbs cəzası istəyib - YENİLƏNİB
Hadisə 143

Prokuror Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxışı zamanı elan edib.

Məhkəmə kollegiyası müşavirəyə yollanıb.

***12.56

Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev çıxış üçün vaxt istəyib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Bağıyeva qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər