Atam məzarını öncədən alıbmış - Qızından AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün torpağa tapşırılan professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda məzar yerini öncədən alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-a onun qızı Ayfər Şəmsizadə məlumat verib.
O bildirib ki, atası öləcəyini sanki öncədən bilirdi:
"Bu gün saat 13:00-da Binəqədidə dəfn etdik. Özü sanki öncədən bilirdi. Özünə qəbiristanlıqda yer almışdı. Kənarlarını, ətrafını düzəltdirmişdi. Elə orada da dəfn edildi".
***14:32
Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığından 70 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Xatırladaq ki, o, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunmuşdu. Həkimlər ona sepsis diaqnozu qoymuşdular. O, yanvar ayının 23-dən etibarən süni nəfəs aparatına qoşulmuşdu.
N.Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....